пятница, 7 февраля 2014 г.



Modul5.
Bu gün bu modulda mən tədris mövzusunun əsas ideyasına yönəlmiş təqdimatı planlaşdırdım ,təqdimatın ssenarisini qısada olsa yazdım, təqdimata baza məlumatlarını daxil etməyi öyrəndim, mövzunun öyrənilməsi planını nəzərdən keçirib müvafiq dəyişikliklər əlavə etdim..Bu gün sualları müzkirə etdik.Mənə çox xoş oldu ki biz bu mövzuda dahada mükəməlləşdirdik.Sualların formaları mənə daha mükəməl şəkildə çatdı.
Sonra biz müəllimin  təqdimatını müzakirəyə qoyduq.Əvvəlcə bizə bəzi nümunələr göstərildi. Mən bu nümunələri əvvəlki nümunələrlə müzakirə etməyə çalışdım.Biz əvvəl müəllim təqdimatını hazırlayarkən yalnız qısa olaraq şagirdlərimizə layihələrini işləmək üçün istiqamətlər veririksə burda isə daha geniş olaraq şagirdləri daha çox məlumatlandırmaga, görəcəyi işlər haqqında daha ətraflı məlumat verməyə, eyni zamanda isə qrafikləri əlavə olaraq yerləşdirdik.İşin gedişatı və  nümunələrə baxaraq öz təqdimatımı işlədim.Sonra isə  isə görəcəyim işin qısa izahını layihə planında yazdım. Qipersika verilməsi mərhələsi mənə tam aydın oldu.
Mənə tanış olsada tamda bilmədiyim mövzu googulun imkanlarından biri olan googl dok idi.Mən bilmədiyim bəzi məqamları bu gün yenidən öyrəndim.Daha çox müəllimlərimiz bu alətdən istifadə edərək öz sənədlərini daha etibarlı qoruya biləcəklər.

четверг, 6 февраля 2014 г.



Modul 4.
Layihənin qiymətləndirilməsi qaydalarını öyrəndik.
·         Standartlar və XXI əsrin bacarıqları əsasında müəyyən edilmiş spesifik tədris məqsədləri müəyyənləşdirdik Bu məşğələdə biz  qiymətləndirmə planı üzərində işləməklə şagirdin öyrənmə prosesinə diqqət yetirməyə davam etdik Qiymətləndirmənin müxtəlif üsüllarını nəzərdən keçirdik  və bu üsulları dərsimizə necə daxil edəcəyimiz barədə düşündük.
Qiymətləndirmədən bütün dərs boyu necə istifadə edəcəyinizi göstərmək üçün qiymətləndirmə üçün vaxt qrafiki hazırladıq.


Modul 3.
 Salam əziz həmkarlarım.
Bu gün biz ayihə üsulu ilə bağlı Portfolionun yaradılması üçün tədris mövzularını müzakirə etdik, dərslər üçün standartları və məqsədləri müəyyənləşdirdik, əsas Sualları  müzakirə edərək  və işləyib hazırladiq,  meyarlarla mətn sənədini hazırladıq, öz öyrəndiklərimiz üzərində , dərslər üçün standartlar, məqsədlər və Əsas Sualları təkmilləşdirdim.

среда, 5 февраля 2014 г.





Modul 1.
     Salam əziz həmkarlarım.
      Bu gün təlimin ilk günü mənim üçün cox maraqlı keçdi..Təlimin əsas məqsədi və resursları ilə tanış olduq. Təlim  resursları ilə işləməyi  vəsait, təhsil proqramının saytı, əlavə materiallar saytı, elektron məlumat kitabçası, Google serverində qeydiyatdan keçmək və elektron ünvan alaraq ondan Gmail.com saytında istifadə etmək, şəxsi bloq yaratmağı öyrəndik. Təlim  ilk gündən düşündüyümdən daha maraqlı keçdi. Təlimçilərimiz bizi qruplara bölərək müəyyən tapşırıqlar verdi. Qrup tapşırıqlı zamanı müzakirələrdə təlimin məqsədi daha aydın şəkildə izah olundu.



Modul 2.
 II modulda isə biz artıq  layihəyönümlü (layihə əsaslı)  tədris,  layihənin tərtibatını, layihəmız  üçün XXI əsrin bacarıqlarını qrup işi keçirməklə müəyyənləşdirdik, layhə üsulu ilə tanış olduq, layhə üsulu haqqında internet-resursları müəyyənləşdirdik, layhə üsulunun xüsusiyyətləri haqqında nəşr yaratmaq haqqında məsləhətləri dinlədik.Bu günkü günümüz cox məhsuldar keçdi.