воскресенье, 9 февраля 2014 г.



Modul11.
Bu  modulda biz layihənin realizə planı üzərində işlədik bu əvvəlki versiyada da var idi lakin bu versiyada daha əhatəlidir.Bu plan layihənin tətbiqi mərhələsində çox önəmlidir çünki burada bütün fəaliyyət planlaşdırılır..Daha sonra Fasilitasiya üzərində qiymətləndirmə sənədi ilə tanış olduq bu yeni idi çünki əvvəlki versiyada bu iş icra olunmurdu burada fasilitaror layihəni şəxsiyyətyönümlü etmək üçün texnologiyadan necə istifadə edə bilər burada müəllim fasilitator kimi texnologiyanın köməyindən maxsimum istifadə etməyi planlaşdırır.Bunun layihə zamanı çox böyük müsbət tərəfi var mənim fikrimcə.Burada eyni zamanda müəllim daha çox İKT dən istifadə etməklə fasilitaror funksiyasını icra edir mənə elə gəlir ki bu müəllimin layihə zamanı işini daha da asanlaşdırmış olacaq.


Modul10.
Bu modulda istedadlı və savadlı şagirdlərlə yanaşı həm də müxtəlif problemli şagirdlərə verilən tapşırıqların müxtəlifliyi haqqında danişdiq. Həqiqətən də elədir. Hərənin öz bacarığına və qabiliyyətinə görə tapşırıq verilərsə hər kəsdə irəlləyiş olar. Problemli şagirdlərin bacarığına və qabiliyyətinə görə tapşırıq verilsə onda məsuliyyətlik, özünəinam, mühakimə yürütmək, düşünmə kimi bacarıqlar formalaşar. Bu üsuldan dərslərimdə istifadə edəcəm.  Bu modulda şagirdlərə tətbiq ediləcək tapşırıqlar hazırlanarkən onların bilik və maraq sahələrini, hətta öyrənmə tərzlərini də nəzərə almaq lazım olduğunu dəqiqləşdirdim. Bu mənə layihəmdə şagirdlərin daha həvəs və maraqla çalışmasını təmin etməkdə mənə kömək edəcək.Şagirdlərin tapşırıqlarının hazırlayarkən düşünürəm ki, yaradıcı təfəkkürün inkişafını əks etdirəcək  formada olmalıdır.


Modul9.
 Bu gün təlimin V günüdür.
Bu gün şagird işlərin qiymətləndirilməsi ilə məşğul olduq. Qiymətləndirmənin mərhələli aparılması məncə faydalıdır. Əvvəlki versiyada qiymətləndirmə yekun işlərin qiymətləndirilməsi idi. Bu versiyada isə şagird işini müntəzəm qiymətləndirilməsi çeklistlər vasitəsilə aparılır. Burda həmçinin müəllim qiymətləndirilməsi ilə yanaşı şagirdin özünü qiymətləndirmə çeklistlərindən istifadə olunur.
 Qiymətləndirmə cədvəlinin hazırlanması düşünürəm ki, şagirdin işinin düzgün qurmasında və araşdırmanı standartlara uyğun şəkildə aparmasına görə  cədvəlin hazırlanması mənim xoşuma gəldi. Bu məluatları müəllimlər tərəfindən hazır  rubriklər halında verilmiş meyarlarda səviyyələrə görə özlərini qiymətləndirirlər.


Modul8.
Bu modulda biz şagird nümunəsi hazırladıq. Təlimdə şagird təqdimatını blok formada   hazırlanması mənə maraqlı oldu. Bu zaman Veb-2.0 aləti olan blaqdan istifadə edirik. Yalnız bir şagird işinin olması və bir qrupun işinin işıqlandırılması işin asan qismidir. Və maraqlısı budur ki, axtarışın nəticəsi fərqli şəkildə işıqlandırılır. Şagirdin birbaşa öz fikirləri yazılır. İştirakçı müəllimlərin də ən çox fikirləri burada qarışır. Mən düşünürəm ki, işin gedişini doğru anlamışam və iştirakşıları da doğru yönəldə bilərəm. Bu da məni sevindirir. Təlimdə şagird təqdimatını blok formada   hazırlanması mənə maraqlı oldu.Belə ki, şagird işinin hazırlanması layihə nəticələrinə  aydınlıq gətirməkdə və dərsin tərtibini yaxşılaşdırmaqda mənə kömək edəcək.Şagird işi mənə şagirdin yaradıcı təfəkkürünü eləcədə idrakı fəallığını inkişaf etdirməydə boyük rolu vardır.

суббота, 8 февраля 2014 г.



Modul7.
Bu gün təlimin IV günüdür. Bu gün mənim üçün maraqlı oldu. Bobrdobr aləti ilə tanış olduq. Bu alətin köməkliyi ilə mən müxtəlif lazım olan lingləri lazım olan yerlərdə saxlamağı öyrəndim. Bu müəllimlərin işini dahada səmərəli edir.Layihədə lazım olan lingləri əvvəlcədən müəllim tərəfindən yığılaraq hazır şəkildə şagirdlərə vermək üçün gözəl imkanlar yaradır.Mən öz layihəmdə və dərslərimdə  bu alətdən istifadə edərək gözəl nəticəyə gələ bilərəm.Çünkü əvvəlcədən şagirdləri düzgün və doöruluguna əmin olan ünvanlara yönətməkdə bizə kömək edəcək.Modul VII də biz onlayın əməkdaşlıq haqqında geniş məlumat əldə etdik.Bu mənə kömək edəcək ki təlimi keçən zaman internet vasitələrinin köməkliyi ilə daha sıx əməkdaşlıq  edə bilərik. Şagirdlər İnternetlə kommunikasiya alətlərindən istifadə etmək,sinif xaricində olan digər insanlarla ünsiyyət qurmaq,hazırladıqları ıməhsul haqqında onlardan rəy ala bilmək,mətnli informasiya sənədləri və digər resursları paylaşmağı öyrəmdik.

пятница, 7 февраля 2014 г.



  Modul 6
     Təlimin davamı  mənə daha maraqlı gəldi.bizə verilən suallar əsasında quruplar şəkilində internetin uşqalar üçün problemləri və qorunma yolları ətrafında müzakirələr olundu.Müzakirələrdən sonra Wiki haqqında təlimçimizin məlumatını dinlədiq.Mənim wiki haqqında məlumatım olsada ama heç vaxt vikipediyada işləməmişdim.Mənə çox xoş oldu ki məhs mən burda müzakirəyə qoydugumuz mövzu haqqında fikirlərimi bu səhifədə yazdım.bu mənim üçün ilk iş idi.Əsasəm bu günkü mövzular biliklərimi dahada möhkəmləndirməə kömək etdi. Wiki saytında qeydiyyatdan keçdim.. İnternetin xeyrli və ziyanlı tərəfləri haqqında məlumat hazırlayıb səhifədə yerləşdirdim. Həmin sənədi resurslar qovluğunda yaddaşda saxlamağı öyrəndim.